Bakıda yayılan pis qoxunun mənbəyi məlum oldu

   Bakıda yayılan pis qoxunun mənbəyi məlum oldu
  07 İyul 2020    Oxunub:3725
“İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.

O bildirib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluğu 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.

V.Əliyev qeyd edib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir.

"Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".

Azvision.az


Teqlər: Bakı   ETSN   Qoxu  





Xəbər lenti