Qadınlar Hicran Hüseynovaya problemlərindən danışdılar

Qadınlar Hicran Hüseynovaya problemlərindən danışdılar
  17 Yanvar 2014    Oxunub:1047
Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Gəncədə vətəndaşları qəbul edib.
Qəbulda Gəncə ilə yanaşı Şəmkir, Daşkəsən, Göygöl, Samux, Goranboy, Tovuz, Gədəbəy, Qazax və digər rayonlardan gələn 50-dən çox vətəndaş iştirak edib.

Müraciət və təkliflər əsasən sosial-məişət xarakterli olub. İşlə təminat, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinət, xəstəliklərin müalicəsi, qadın azadlığının və hüquqlarının qorunması, o cümlədən digər məsələlərlə müraciət edən qadınların problemlərinin bir hissəsi yerindəcə həll olunub. Komitənin səlahiyyətlərinə aid olmayan müraciət və təkliflər isə aidiyyatı təşkilatlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlardan Sevil Mustafayeva, Gülbəniz Adıgözəlova, Sevinc Yunisova, Amalya Ağayeva, Sevinc Həsənova və başqaları onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, humanist və xeyriyyəçilik xidmətlərinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmək üçün gəliblər.

Sakinlər yerlərdə bu cür qəbulların və görüşlərin keçirilməsini onlara göstərilən dövlət qayğısı kimi dəyərləndiriblər. Belə görüşlərin mütəmadi keçirilməsini məqsədəuyğun hesab ediblər.


Teqlər:  





Xəbər lenti