İranda bir gündə koronavirusdan 200 nəfər ölüb

  07 İyul 2020    Oxunub : 2265
İranda bir gündə koronavirusdan 200 nəfər ölüb
İranda son sutka ərzində 2637 nəfər koronavirusa yoluxub, ölkədə aşkar edilmiş ümumi yoluxma hallarının sayı 245 min 688-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir gündə daha 200 nəfər virusdan vəfat edib. Ölkədə koronavirusdan ölənlərin sayı 11 min 931-ə çatıb. İndiyədək 207 min xəstə sağalıb. Hazırda 3270 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İranınSəhiyyəNazirliyi