“Roskosmos”un müşaviri dövlətə xəyanət ittihamı ilə tutuldu

  07 İyul 2020    Oxunub : 2983
“Roskosmos”un müşaviri dövlətə xəyanət ittihamı ilə tutuldu
Moskvada “Roskosmos” korporasiyasının baş direktorunun informasiya siyasəti üzrə müşaviri İvan Safronov saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə korporasiya məlumat yayıb. Bildirilib ki, Safronov dövlətə xəyanətdə şübhəli bilinir:
"Bu gün istintaq orqanları “Roskosmos” dövlət korporasiyasının baş direktorunun müşaviri Safronovu saxlayıb. Ona Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə ittiham elan olunub. Hazırda istintaq tədbirləri görülür".

Qeyd edək ki, İvan Safronov 2 aydır bu vəzifədə çalışırdı.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: “Roskosmos”