ATU-nun klinikalarında 57 nəfər koronavirusa yoluxub - YENİLƏNİB

ATU-nun klinikalarında 57 nəfər koronavirusa yoluxub -  YENİLƏNİB
  07 İyul 2020    Oxunub:17690
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan 33 həkim koronavirusa yoluxub.

Bu barədə Azvision.az -a ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. O, bildirib ki, indiyədək 6 həkim sağalaraq evə buraxılıb, 27-nin müalicəsi davam etdirilir:
"Müalicə alan həkimlərdən 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfər isə yüngül vəziyyətdədir".

G.Aslanova, həmçinin qeyd edib ki, ATU-nin Tədris Terapevtik Klinikasında isə 24 nəfərdə koronavirus aşkar edilib. Onların arasında həkim, tibb bacısı və sanitarlar da var. Virusa yoluxmuş tibb işçilərindən bəziləri sağalaraq işə qayıdıblar.

Azvision.az


Teqlər: ATU   Həkim  





Xəbər lenti