Gürcüstanda koronavirusa yoluxma sayı 958-ə çatdı

Gürcüstanda koronavirusa yoluxma sayı 958-ə çatdı
  07 İyul 2020    Oxunub:2036
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 5 yoluxma qeydə alınıb.
Azvision.az “Stop.CoV” saytına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 958 nəfərə çatıb.

Hazırda 3903 nəfər karantində saxlanılır, 202 nəfər isə stasionar şəraitdə müalicə alır. İndiyədək 838 xəstə sağalıb, 15 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   Gürcüstan  





Xəbər lenti