Astarada toy edən bəy və qonaqları saxlanıldı - FOTO

Astarada toy edən bəy və qonaqları saxlanıldı -  FOTO
  07 İyul 2020    Oxunub:3839
Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.



Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. E. Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az



Teqlər: Astara   Toy  





Xəbər lenti