Kafedra müdiri koronavirusdan vəfat etdi

 Kafedra müdiri koronavirusdan vəfat etdi
  07 İyul 2020    Oxunub:3509
Bakı Slavyan Universitetinin (BSU) dosenti koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Universitetin prorektoru Xanım Sultanova məlumat yayıb.

Onun sözlərinə görə, BSU-nun Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirus səbəbindən dünyasını dəyişib.

“Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-için ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”.

Azvision.az



Teqlər: BSU   Koronavirus  





Xəbər lenti