Bakıya yayılan pis qoxunun səbəbi nədir? - RƏSMİ

   Bakıya yayılan pis qoxunun səbəbi nədir? -    RƏSMİ
  07 İyul 2020    Oxunub:4041
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy- qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən araşdırma aparılıb.
Azvision.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

"Mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti