Süni tənəffüs cihazında olan xəstələrin sayı açıqlandı

  06 İyul 2020    Oxunub : 2624
   Süni tənəffüs cihazında olan xəstələrin sayı açıqlandı
Azərbaycanda koronavirusla bağlı 6 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6240 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 522 min 773-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 343, süni tənəffüs cihazında olan xəstə sayı 60-dır.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus