Türkiyədə koronavirusdan sağalanların sayı artır

Türkiyədə koronavirusdan sağalanların sayı artır
  07 İyul 2020    Oxunub:2838
Türkiyədə son sutka ərzində 16 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1086 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5241, virusa yoluxanlar isə 206 min 844 nəfərə çatıb.

Türkiyədə indiyədək 182 min 995 xəstə (son sutkada 2315) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti