Jurnalist araşdırmaları müsabiqəsinin vaxtı uzadılıb
Xatırladaq ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə elan olunmuş “Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr” mövzusunda müsabiqəyə cari il martın 1-dən başlanılıb.
Lakin COVID-19 qlobal pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi nəzərə alınaraq müsabiqənin vaxtı uzadılıb.
İyulun 15-dək davam edəcək müsabiqəyə qoşulmaq arzusunda olanlar ətraflı məlumatı nazirliyin saytından (https://azvision.az/redirect.php?url=http://justice.gov.az/news/1695) əldə edə bilərlər. İştirakçılar yazı və digər materialları, həmçinin Ədliyyə Nazirliyinə elektron qaydada ([email protected]) müsabiqənin şərtlərinə uyğun olmaqla göndərə bilərlər.
Azvision.az
Teqlər: Müsabiqə