Bakıda ən çox qəza olan yol kəsişməsi - FOTO

Bakıda ən çox qəza olan yol kəsişməsi -    FOTO
  06 İyul 2020    Oxunub:3482
Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılması məqsədi ilə zəruri tədbirlər görülüb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a bildirilib ki, qəza ocağı kimi tanınan kəsişmə BNA mütəxəssisləri tərəfindən müayinə edilib. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.



Azvision.az



Teqlər: BNA  





Xəbər lenti