Gizli işləyən “Play station” zalı aşkarlanıb - FOTOLAR

Gizli işləyən “Play station” zalı aşkarlanıb -    FOTOLAR
  06 İyul 2020    Oxunub:3173
Nizami rayonunun “8-ci kilometr” qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “Play station” oyun zalı aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, nazirliyin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Bəhruz Niriyev 39/41 ünvanında yerləşən doqquzmərtəbəli binanın zirzəmisində “Play station” salonunun işlədiyi məlum olub.



Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə gətiriliblər.



Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb. Onlar inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti