Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadılır

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadılır
  06 İyul 2020    Oxunub:3416
Ermənistanda fövqəladə vəziyyət rejiminin daha bir ay uzadılması gözlənilir.
Azvision.az xəbər verir ki, Ermənistan mətbuatı iyulun 13-də hökumətin iclasının çağırılacağını və karantin rejiminin uzadılmasına dair qərar layihəsinin təsdiqlənəcəyini yazıb.

Məlumata görə, eyni gündə parlamentin növbədənkənar iclası keçiriləcək və müvafiq qərar qəbul olunacaq.

Baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Qevorkyan məlumatı təkzib etməyib. Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı hər gün müzakirələr aparılır, lakin hələ yekun qərar verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ManeQevorkyan  





Xəbər lenti