Ermənistanda koronavirusa yoluxma sayı 29 minə çatır

Ermənistanda koronavirusa yoluxma sayı 29 minə çatır
  06 İyul 2020    Oxunub:3200
Ermənistanda son sutka ərzində daha 330 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 936 nəfərə çatıb.

Son sutkada 7 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 491 nəfər olub.

İndiyədək 16 302 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 159 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti