“Paşinyan uzun müddət həbsdə qalmalı olacaq” - Sabiq səfirdən sərt ittihamlar

  06 İyul 2020    Oxunub : 2557
 “Paşinyan uzun müddət həbsdə qalmalı olacaq” -  Sabiq səfirdən sərt ittihamlar
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın imzalayacağı qanun Konstitusiya çevrilişini həyata keçirdiyinə görə 89 +1 nəfərin mühakimə edilməsi üçün yekun sübut olacaq.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, hakimiyyətə növbəti dəfə kimin gələcəyindən asılı olmayaraq, parlamentin 89 deputatı və Nikol Paşinyan, xüsusilə də bu ittiham üzrə mühakimə olunacaqlar.

"Vəhşi hücumlardan qurtulan bir məhkəmə, şübhəsiz ki, onları əfv etmək hüququ olmadan uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edəcəkdir. Bu, ölkənin dövlət, insanların isə vətəndaş adlandırılması hüququnu bərpa etmək üçün vacibdir.

Əlbəttə, 89 + 1 işində təqsirləndirilən şəxslərin müdafiəsinə çalışacaq insanlar da olacaq. Ancaq bu gün bu qanunun qəbulunun fəlakətli nəticələrini dilə gətirənlər çıxış etmək hüququna və fürsətə sahib olacaqlar. Bu gün səssizliyini saxlayan beynəlxalq təşkilatlar, “hüquq müdafiəçiləri", səfirliklər, QHT-lər, sabah da susmalıdırlar. Çünki onlar Ermənistan Respublikasının hüquq dövlət olaraq mövcud olduğunu dayandırdıqda susdular. Dağıntılar bərpa olunduqda da onların səsi eşidilməyəcək. Sonra da 89 +1-i siyasi məhbus etməyin. Onlar öz siyasi mənfəətləri və kompleksləri əsasında hakimiyyəti ələ keçirən, ölkənin əsas qanunu - Konstitusiyaya məhəl qoymayan və pozan adi cinayətkarlar olacaqlar", - deyə Minasyan yazıb.

Sabiq səfir prezident Armen Sarkisyanı da ittiham edib. Onun şəxsən özünə aid olmayan hər hansı bir qanuna hörmətlə imza ata bildiyini, digər tərəfdən isə təhlükəsizliyinə potensial təhdid yarandıqda qaça və imza ata bilmədiyini deyib.

“Ən ciddi ittiham və ən böyük utanc Armen Sarkisyanın kürsüsünü itirmək qorxusundan sözün əsl mənasında Nikol Paşinyana xidmət etməsidir. Ermənistanın vergi ödəyiciləri hesabına sonsuz səyahət edən bu şəxs, tərəddüd etmədən nəyəsə imza atmağa hazırdır. Ancaq şəxsi məsuliyyət məsələsinə gəldikdə, bunun qarşısını almağın yollarını axtarır. İndi isə Konstitusiya Məhkəməsinə aid bütün qanunvericilik paketinin hüquqi nəticələrə səbəb olacağını anlayaraq imzalamaqdan imtina etdi. Sonradan məsuliyyətə cəlb olunacağından qorxur. Ertəsi gün yenidən absurd bəhanələrə əsaslanaraq əmlak vergisini artırmaq üçün qanun layihəsinə imza atdı. Yəni rüsvayçılıq, nüfuzunu itirmək, insanlara zərər vermək - bu problem deyil, amma o, məhkəmə qarşısına çıxmaq niyyətində deyil.

Bu adam Ermənistanın hüquqi dövlət olaraq məhv edilməsinin qarşısını almaq üçün heç bir iş görmədi. Bir ağılsızın əmri ilə parlament və məhkəmələrin bloklanmasına susdu. Bu hakimiyyətin Ermənistan Konstitusiyasını qanunsuz şəkildə pozmasına səssiz qaldı. Qeyri-qanuni hərəkətlərin qarşısını almaq üçün hər şeyə sahib idi, ancaq heç nə demədi. Bu, Armen Sarkisyanın dövlətə vurduğu ən böyük ziyandır".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan