Almaniyada koronavirusa yoluxanların sayı artır

Almaniyada koronavirusa yoluxanların sayı artır
  06 İyul 2020    Oxunub:2174
Almaniyada koronavirusa yoluxanların sayı bir gündə 219 nəfər artaraq 196 min 554-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və COVID-19 xəstəliyinə yoluxmanın statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, son sutkada virusa yoluxmuş dörd nəfər ölüb, pandemiya qurbanlarının ümumi sayı 9012 nəfərdir. İndiyədək 182 mindən çox xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (48 744), Şimali Reyn-Vestfaliya (44 064) və Baden-Vürttemberq (35 807) bölgələrində qeydə alınıb. Paytaxt Berlində 8451 yoluxma faktı aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKox  





Xəbər lenti