Braziliyada bir gündə 602 nəfər koronavirusdan öldü

Braziliyada bir gündə 602 nəfər koronavirusdan öldü
  06 İyul 2020    Oxunub:2149
Braziliyada koronavirus infeksiyasına 26 051 yeni yoluxma qeydə alınıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 602 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 1 603 055 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 64 867 nəfər vəfat edib.

Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti