TƏBİB: Reanimasiyada olan xəstələrin sayı artıb
Bildirilib ki, son sutkada koronavirusa görə 6722 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 516 min 533-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 348, süni tənəffüs cihazında olan xəstə sayı 60-dır.
Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 8332 nəfərdir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus Pandemiya