Karantini pozan 1818 hərəkət iştirakçısı cəzalandırıldı

  05 İyul 2020    Oxunub : 4263
   Karantini pozan 1818 hərəkət iştirakçısı cəzalandırıldı
Karantin rejimi qaydalarını pozan 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə Azvision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, SiyəzənŞəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 04.07.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1422 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 393 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az

Teqlər: Karantin   Sürücü