Binəqədidə boya fabrikində güclü yanğın - VİDEO+FOTOLAR (YENİLƏNİB)

  04 İyul 2020    Oxunub : 24280
Binəqədidə boya fabrikində güclü yanğın -  VİDEO+FOTOLAR (YENİLƏNİB)
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***
(21:45)

Binəqədi rayonunda “Sobsan” boya fabrikində güclü yanğın davam edir.

Azvision.az xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Hələlik bu barədə rəsmi məlumat verilməyib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın yerinə baş çəkib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.





***
(20:33)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

















Azvision.az

Teqlər: Yanğın