Paşinyan müxalif deputatın həbsinə göstəriş verib

Paşinyan müxalif deputatın həbsinə göstəriş verib
  04 İyul 2020    Oxunub:4169
“Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Qevork Petrosyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına onun həbsi barədə göstəriş verildiyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə erməni deputat “Facebook”da yazıb.

"Bəzi mənbələrə görə, məni nəyin bahasına olursa-olsun həbs etmək barədə əmr verilib. Hələ də başa düşmürlər ki, mən həbsdə olmaqdan qorxmuram. Birdən eyni kamerada olduq. Bu, Paşinyanın Ermənistanıdır", deyə deputat bildirib.

Petrosyan qeyd edib ki, milli təhlükəsizliyin əsl problemləri baş nazir Nikol Paşinyanı maraqlandırmır.

"O, Qarabağ məsələsini maqqaş və evdə hazırlanmış araqla (koronavirus problemini həll etdiyi kimi) həll edəcək ...", - Petrosyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QevorkPetrosyan  





Xəbər lenti