Koronavirusdan sağalan Zelenskaya evdə müalicə alır

Koronavirusdan sağalan Zelenskaya evdə müalicə alır
  04 İyul 2020    Oxunub:4247
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya koronavirusdan sağalıb.
Azvision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, birinci xanım xəstəxanadan evə buraxılıb, hazırda özünü yaxşı hiss edir. Lakin evdə ikitərəfli pnevmoniyadan müalicəsini davam etdirəcək.

Xanım Zelenskayada koronavirus infeksiyası iyunun 12-də təsdiqlənib, bundan bir neçə gün sonra xəstəxanaya yerləşdirilib.

Zelenskinin özü və uşaqlarının COVID-19 testinin nəticəsi mənfi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti