Gələn aydan Moskvada kinoteatrlar açılır

Gələn aydan Moskvada kinoteatrlar açılır
  04 İyul 2020    Oxunub:3793
Rusiya hökuməti paytaxt Moskvada kinoteatrları avqustun əvvəlində açmağı planlaşdırır, lakin yekun qərar daha sonra veriləcək.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Kino Sahibləri Assosiasiyaları Birliyinin rəhbəri Oleq Berezin deyb.

"Moskvada kinoteatrların avqustun 1-də açıla biləcəyi deyildi”, - Berezin Rusiya Mədəniyyət Nazirliyində keçirilən görüşündən sonra bildirib.

O əlavə edib ki, şəhər rəhbərliyi kinoteatrların sahiblərini zalların açılış tarixi barədə iki həftədən gec olmayaraq xəbərdar edəcək. Bu müddət ərzində kinoteatr mərkəzlərinin rəhbərliyi binaları hazır vəziyyətə gətirə biləcək.

Berezin qeyd edib ki, açılışdan sonra ilk mərhələdə tamaşaçılar yalnız rus premyeralarını izləyə biləcəklər, çünki pandemiya səbəbiylə yeni xarici tamaşaların yayım tarixi dəyişdirilib.

Bundan əvvəl isə Baş Nazirin müavini Dmitri Çernışenko Rusiya kinoteatrlarının iyulun 15-də açıla biləcəyini söyləmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OleqBerezin  





Xəbər lenti