Rusiyada COVID-19-dan ölənlərin sayı 10 mini ötüb

 Rusiyada COVID-19-dan ölənlərin sayı 10 mini ötüb
  04 İyul 2020    Oxunub:3649
Rusiyada son sutka ərzində daha 6632 nəfər yeni növ koronavirusa yoluxub, aşkar edilmiş yoluxma hallarının sayı 674 515-ə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə 168 xəstə virusdan ölüb.

Rusiyada pandemiya qurbanlarının ümumi sayı 10 027 nəfərdir. İndiyədək 446 879 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti