Lənkəranda çətənə yetişdirən şəxs saxlanıldı

Lənkəranda çətənə yetişdirən şəxs saxlanıldı
  04 İyul 2020    Oxunub:2185
Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonu Balıqçılar qəsəbəsinin sakini Mirhəbib Nurullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, M.Nurullayevin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 40-180 santimetr hündürlüyündə 19 ədəd olmaqla 11 kiloqram 870 qram çəkidə çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti