“Azərbaycanı dəstəkləməkdən qürur duyuruq” - ABŞ səfiri (VİDEO)

  04 İyul 2020    Oxunub : 3223
 “Azərbaycanı dəstəkləməkdən qürur duyuruq” -  ABŞ səfiri (VİDEO)
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger 4 iyul - ölkəsinin Müstəqillik Günü münasibətilə video müraciətlə çıxış edib.
Azvision.az xəbər verir ki, diplomat adətən səfirliyin 4 iyul bayram tədbirini geniş ziyafətlə qeyd etdiyini bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən bu il ziyafət təşkil olunmayıb.

“Üzləşdiyimiz mövcud vəziyyət bizim, Amerikanın müstəqilliyinin 244-cü ildönümünü virtual qeyd edə bilməyəcəyimiz demək deyil. ABŞ dövləti çətin və uzunmüddətli mübarizədən sona yaradılmışdır. Yeni yaradılmış dövlətin konstitusiyası təsdiq olunmuşdur.

O, “biz Ameriika xalqı daha mükəmməl birlik yaratmaq üçün” sözləri ilə başlayır. Bizim dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdır. Biz 1776-cı ildə ABŞ-ın müstəqilliyinin bəyan olunması tarixi kimi qeyd etməyimizə, hüquqar haqqında qanunu və Konstitusiyanı təsdiq etməyimizə baxmayaraq, cəmiyyətimiz və hökumətimiz illər boyu vətəndaşların bərabər hüquqlarını təmin edə bilməyib”.

Səfirin sözlərinə görə, bu barəbərsizliyə quldarlıq, qadınların səsvermə hüquqularından məhrum edilmələri daxil olmaqla, digər böyük və kiçik ədalətsizliklər daxildir.

“Corc Floydun polislər tərəfindən həbsi zamanı baş vermiş ölüm hadisəsi bizə nümayiş etdirdi ki, hətta indiki zamanda da müəyyən vətəndaşlar ABŞ Konstitusiyasının əhatə etdiyi hüquqları əldə etmək üçün mübarizə aparırlar. Biz uğura imza atmışıq, lakin qarşımızda kifayət qədər görüləcək işin olduğunu da dərk edirik. Ümid edirəm ki, 4 iyul tarixində bu işin irəliləməsi üçün üzərimizə götürdüyümüz öhdəliyə sadiq olmağımızı yenidən bəyan edəcəyik. Azərbaycamlı dostlarımızın da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm”.

Ö.Litzenberger əlavə edib ki, Birləşmiş Ştatlar və Azəbaycan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur:

“Biz Azərbaycanın suverenliyi və müstəilliyini dəstəkləməkdən qürur duyuruq”.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan