72 nəfər valideynlik hüququndan məhrum edildi

 72 nəfər valideynlik hüququndan məhrum edildi
  04 İyul 2020    Oxunub:4041
Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə valideynlik hüquqlarından məhrumetmə ilə bağlı 133 mülki işə baxılıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il həmin işlər üzrə 72 iddia təmin edilib.
2018-ci ildə valideynlik hüquqlarından məhrumetmə ilə bağlı 128 mülki işə baxılıb, onlardan 84-ü təmin olunub.

Statistik məlumatlara görə, 2017-ci ildə valideynlik hüquqlarından məhrumetmə ilə bağlı 118 mülki işə baxılıb, 63-ü təmin edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Valideynlik-hüququ  





Xəbər lenti