Almaniyada bir gündə 422 nəfər virusa yoluxdu

Almaniyada bir gündə 422 nəfər virusa yoluxdu
  04 İyul 2020    Oxunub:3090
Almaniyada son sutka ərzində daha 422 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 7 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdindəki COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 196 096 nəfərdir, onlardan təxminən 181,3 mini sağalıb, 9010 xəstə vəfat edib.

Ən çox yoluxma Bavariya (48 655), Şimali Reyn-Vestfaliya (43 853) və Baden-Vürttemberq (35 807) bölgələrində aşkar edilib. Berlində 8393 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti