Trampın müşavirində koronavirus aşkarlandı

Trampın müşavirində koronavirus aşkarlandı
  04 İyul 2020    Oxunub:3188
ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi kampaniyasında müşaviri və ölkə rəhbərinin oğlu Donald Trampın (kiçik) sevgilisi Kimberli Qilfoyl koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.

Trampın seçkiqabağı kampaniyasında vəsait toplamaq üçün məsul olan Qilfoylun koronavirus testinin nəticəsi cümə günü məlum olub.

O, bir həftə əvvəl Talsedə prezidentin qapalı stadionda keçirilən mitinqində iştirak edib. Trampın oğlunun COVID-19 testinin nəticəsi isə mənfi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KimberliQilfoyl  





Xəbər lenti