Bu müəssisələr publik hüquqi şəxslərə çevrilir

Bu müəssisələr publik hüquqi şəxslərə çevrilir
  04 İyul 2020    Oxunub:2954
Prezident İlham Əliyevin bu il iyunun 30-da imzaladığı Fərmanına əsasən dövlət sosial xidmət, reabilitasiya müəssisələri və peşə hazırlığı mərkəzləri əsasında da publik hüquqi şəxslər yaradılacaq. Fərmanda verilən tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələri əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslərin yaradılması təmin olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə aid peşə hazırlığı mərkəzləri əsasında Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid reabilitasiya müəssisələri əsasında isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslər formalaşacaq. Bu məqsədlə Nazirlik iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edəcək.

Həmin müəssisələrin publik hüquqi şəxslərə çevrilməsi onların fəaliyyətinin inkişafına və funksiyalarının genişlənməsinə, nəticə etibarilə əhaliyə göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti