600-dən çox xəstədə “buzlu şüşə” aşkarlanıb

  03 İyul 2020    Oxunub : 4314
  600-dən çox xəstədə “buzlu şüşə” aşkarlanıb
Bu gün ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bu, xəstəliklə bağlı müraciətin gecikməsi və ağırlaşma ilə bağlıdır : "Bu zaman yoluxma PZR testlərlə aşkarlanmaya bilir. Evdə müalicə nəticəsində belə fəsadlar yaranır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: yoluxma   xəstə