Sabahdan metronun fəaliyyəti dayandırılır

  Sabahdan metronun fəaliyyəti dayandırılır
  03 İyul 2020    Oxunub:4888
Bakı Metropolitenində 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarına dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 2.2 bəndinə uyğun olaraq, Bakı metropolitenində 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılır.

Azvision.az


Teqlər: Metro   Bağlanır  





Xəbər lenti