Rayonlara gediş-gəliş bərpa olunacaq? - RƏSMİ

  03 İyul 2020    Oxunub : 7104
 Rayonlara gediş-gəliş bərpa olunacaq? -   RƏSMİ
Rayonlara gediş-gəlişin bərpası xəstəliyin digər rayonlara yayılmasına səbəb ola bilər.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, rayonlara gediş-gəliş açılarsa, koronavirus digər rayonlara yayıla bilər.

“Başa düşürəm ki, bu, hamını narahat edən məsələdir. Bir qədər dözümlü olmaq lazımdır ki, xəstəliyin qarşısı alınsın, lokallaşdırılsın. Çalışmalıyıq ki, müəyyən səviyyəyə endikdən sonra, narıncı zonanın statusu sarı zona olduqdan sonra şəhərlərarası hərəkət bərpa edilə bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Rayon   qadağa