AMEA: İdris Abbasova maddi kömək ediləcək

  03 İyul 2020    Oxunub : 2842
      AMEA:    İdris Abbasova maddi kömək ediləcək
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu COVID-19-a yoluxan işçisi - filologiya elmləri doktoru İdris Abbasovla bağlı açıqlama yayıb.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov iyulun 1-də saat 12:30-da institutda olub. İş prosesi zamanı İdris Abbasov əməkdaşlarla görüşüb, səhhətinin normal olduğunu bildirib.

2 iyulda özünün şəxsi "Facebook" səhifəsində status yazan İdris Abbasov səhhətində müəyyən problemlərin olduğunu ictimailəşdirib. Dərhal institut direktoru akademik Möhsün Nağısoylu və elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli İdris Abbasovla telefon əlaqəsi yaradıblar. O isə heç bir köməyə ehtiyacı olmadığını, vəziyyətinin hələlik normal olduğunu diqqətə çatdırıb.

Bu gün AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli saat 10.45-də şöbə müdiri İdris Abbasovla telefonla danışıb, onun səhhəti ilə xüsusi olaraq maraqlanıb. İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindəndir.

AMEA rəhbərliyi İdris Abbasova hər cür maddi və mənəvi kömək göstəriləcəyini bildirir.

Azvision.az

Teqlər: AMEA   İşçi   Koronavirus