İtaliyada doğum sayı kəskin azala bilər

İtaliyada doğum sayı kəskin azala bilər
  03 İyul 2020    Oxunub:3200
İtaliyada koronavirus səbəbindən doğum sayının kəskin azalacağı gözlənilir.
Azvision.az xəbər verir ki, Milli Statistika İnstitutunun yaydığı məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar bu il yeni doğulanların sayı 10 mindən çox azalaraq 426 minə düşə bilər. 2021-ci ildə isə bu rəqəmin 396 minə enəcəyi proqnozlaşdırılır.

Azalma sayı koronavirusdan sonrakı dövrlərdə də davam edə bilər. Belə ki, iqtisadi göstəricilərin pisləşməsi övlad sahibi olmaq istəyənlərin sayına mənfi təsir göstərir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İtaliya   virus  





Xəbər lenti