Merkel ilk dəfə maskada göründü

Merkel ilk dəfə maskada göründü
  03 İyul 2020    Oxunub:2948
Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq ictimaiyyət arasında tibbi maskada görünüb.
Azvision.az xəbər verir ki, Merkelin fotosunu Saksoniya-Anhalt bölgəsinin baş naziri Rayner Hazelof paylaşıb.

Kanslerin maskasında Almaniyanın Avropa İttifaqı Şurasınıdakı nümayəndəliyinin loqotipi əks olunub.

Bundan əvvəl, Merkeldən Fransa Prezidenti Emmanuel Makronla Meseberq qalasında görüşü zamanı niyə maska taxmadığı soruşulub.

Merkel, sosial məsafə qaydalarına əməl etdiyi halda, ona maska lazım olmadığını qeyd edib.

“Alış-verişə gedəndə məni görmürsünüz. Yoxsa, siz mənim maskadan istifadə etdiyimi görə bilərdiniz. Amma nə vaxt və harada alış-veriş edəcəyimi sizə deməyəcəyəm", - Merkel bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti