İbrahimbəyov Milli Şuranın fəxri sədri qaldı

İbrahimbəyov Milli Şuranın fəxri sədri qaldı
  16 Yanvar 2014    Oxunub:1011
AzVision.az xəbər verir ki,Milli Şuranın bugünkü iclasında Rüstəm İbrahimbəyovun fəxri sədr kimi qalması səsə qoyulub. Milli Şura üzvlərinin böyük əksəriyyəti onun istefa ərizəsini qəbul etməyib. 4 nəfər əleyhinə, 1 nəfər bitərəf olub.

Qurum daxilindəki təşkilatların, siyasi partiyaların idarə edilməsi üçün Koordinasiya Şurasının yaradılması da səsə qoyulub. Böyük əksəriyyət qurumun yaradılmasına tərəfdar olub.Iclasda koordinasiya şurası üzvlüyünə bu şəxslərin seçilməsi təklif edilib: Rüstəm İbrahimbəyov, Mirmahmud Fəttayev, Eldar Namazov, Əli Kərimli, Sülhəddin Əkbər, Nidaçılar, professor Əli Abbasov, professor Kamil Vəli Nərimanoğlu, professor Hacıbaba Əzimov, hüquqşünas Fuad Ağayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Nurəddin Mustafayev, Rafiq Manaflı, Leyla Yunus, İbrahim İbrahimli, Mehman Əliyev, Cəmil Həsənli.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti