“Reanimasiya şöbələrində boş yer yoxdur” - Erməni nazir
Onun sözlərinə görə, hazırda 650 nəfərin vəziyyəti son dərəcə ağırdır, 44 xəstə ventelyasiya aparatına qoşulub. Bundan əlavə, 11 nəfər öz evində xəstəxanaya yerləşdirilməsini gözləyir, onlardan dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir. Digər 80 nəfər isə koronavirusun müalicəsi üçün qurulmuş mərkəzlərə daşınmasını gözləyir.
Xatırladaq ki, Ermənistanda son sutka ərzində 593 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma hallarının sayı 26 658-ə çatıb. 459 xəstə virusdan ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArsenTorosyan