Qazaxıstanda sərt karantində bu qadağalar olacaq

  02 İyul 2020    Oxunub : 1593
 Qazaxıstanda sərt karantində bu qadağalar olacaq
Qazaxıstanda koronavirusla bağlı vəziyyətə görə iyulun 5-dən iki həftəlik sərt karantin tətbiq ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin saytında məlumat yerləşdirilib.

Karantin müddətində bölgələr arasında avtobus xidmətləri dayandırılacaq, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılacaq.

Bundan əlavə, ictimai tədbirlərin keçirilməsinə, qapalı bazarların, gözəllik salonlarının, kinoteatrların, dini və digər obyektlərin fəaliyyətinə qadağa qoyulacaq.

Üç nəfərdən çox şəxsin birgə küçələrdə gəzməsi, toplaşması qadağandır. 65 yaşdan yuxarı insanların hərəkətinin məhdudlaşdırılması da planlaşdırılır. İşçilərin ən azı 80 faizi məsafədən işləməlidir.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərt karantinin tətbiqi ilə bağlı təkliflər hazırlamağı tapşırmışdı.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Kasım-JomartTokayev