Ermənistanda bir gündə 593 nəfər koronavirusa yoluxdu

  02 İyul 2020    Oxunub : 1977
Ermənistanda bir gündə 593 nəfər koronavirusa yoluxdu
Ermənistanda son sutka ərzində daha 593 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 26 min 658 nəfər olub.

Son 24 saatda pandemiyadan ölənlərin sayı 6 nəfər artaraq 459-a çatıb. İndiyədək 15 min 36 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan