Almaniyada koronavirusa yoluxma halları artıb

Almaniyada koronavirusa yoluxma halları artıb
  02 İyul 2020    Oxunub:1769
Almaniyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 503 nəfər artaraq 195 min 228-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada bir gündə daha 9 nəfər vəfat edib, virusdan ölənlərin ümumi sayı 8994-ə çatıb. İndiyədək 180,3 minə yaxın xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (48 547), Şimali Reyn-Vestfaliya (43 436) və Baden-Vürttemberq (35 744) bölgələrində aşkar edilib. Paytaxt Berlində virusa yoluxanların sayı 8302 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berlin  





Xəbər lenti