Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi

   Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi
  02 İyul 2020    Oxunub:8399
Birinci vitse-prezident Mehriban Əliyeva 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.



Azvision.az


Teqlər: MehribanƏliyeva   Polis   Təbrik  





Xəbər lenti