Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 45-ə çatdı

  01 İyul 2020    Oxunub : 2694
 Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 45-ə çatdı
Azərbaycanda koronavirusla bağlı 1 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6682 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 488 min 852-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 202, süni tənəffüs cihazında olan xəstə sayı 45-dir.

Hazırkı dövrədək ölkəmizdə 18 min 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib. Aktiv xəstə sayı 7831 nəfərdir.



Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya