Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılır

Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılır
  02 İyul 2020    Oxunub:2508
Ermənistan hökuməti koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini dekabrın sonunadək uzatmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hazırda bununla bağlı hökumətdə müzakirələrin getdiyi bildirilir.

Qeyd edək ki, Ermənistanda COVID-19 pandemiyası səbəbindən martın 14-də fövqəladə vəziyyət elan edilib. İndiyədək fövqəladə vəziyyət rejiminin müddəti 3 dəfə uzadılıb.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti