İtaliyada daha 182 nəfərdə COVID-19 aşkarlandı

İtaliyada daha 182 nəfərdə COVID-19 aşkarlandı
  02 İyul 2020    Oxunub:2529
İtaliyada son sutka ərzində 182 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 240 min 760 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 21 nəfər artaraq 34 min 788-ə çatıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus   Pandemiya  





Xəbər lenti