Putin, Ruhani və Ərdoğandan Suriya bəyanatı

Putin, Ruhani və Ərdoğandan Suriya bəyanatı
  01 İyul 2020    Oxunub:2711
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyaya məxsus neft gəlirlərinin qanunsuz olaraq ələ keçirilməsini qəbulolunmaz hesab edirlər.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc edilmiş üç liderin görüşünün yekun bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, prezidentlər Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edib və bu sahədə sabitliyin, təhlükəsizliyin yalnız ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında əldə edilə biləcəyini vurğulayıblar.

"Bu məqsədlə səylərin əlaqələndirilməsini razılaşdırdıq, eyni zamanda neft gəlirlərinin qanunsuz olaraq ələ keçirilməsi və ötürülməsinin qəbuledilməz olduğunu bildirdik. Bu, Suriya xalqına məxsusdur”, - deyə birgə bəyanatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti