Honkonqda 300-dən çox etirazçı həbs edilib

Honkonqda 300-dən çox etirazçı həbs edilib
  01 İyul 2020    Oxunub:2583
Honkonq polisi qanunsuz toplanmaq və təhlükəsizlik haqqında qanunu pozmaqda şübhəli bilinən 300-dən çox insanı həbs edib.
Azvision.az xəbər verir ki, bu barədə “Twitter"də məlumat yayılıb.

Qeyd edilib ki, Honkonqda qanunsuz toplaşma, ictimai qaydanı, Milli Təhlükəsizlik qanununu pozmaq kimi əməllərə görə 300-dən çox etirazçı tutulub.

Bölgədə toplaşmanın qadağan olmasına baxmayaraq, insanlar küçələrə çıxaraq yeni qanuna qarşı etiraz ediblər. Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Xatırladaq ki, Çin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi iyunun 30-da Honkonqun Milli Təhlükəsizlik Qanununu təsdiq edib. Eyni gündə qüvvəyə minən qanunda milli təhlükəsizliyə xələl gətirən addımlara qarşı cəzalar müəyyənləşib. Ən sərt cəza tədbiri ölüm hökmüdür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti