"Azərbaycan erməni terrorundan əziyyət çəkir" - İcma sədri

 "Azərbaycan erməni terrorundan əziyyət çəkir" -    İcma sədri
  01 İyul 2020    Oxunub:2920
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi Tural Gəncəliyev ATƏT Parlament Assambleyası, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası dövründə terrorizm və radikal ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən onlayn konfransda iştirak edib.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Azvision.az -a verilən məlumata görə, çıxışında Azərbaycanın beynəlxalq səviyyədə terrorizmlə mübarizədə vacib ölkə olduğuna diqqət çəkən Tural Gəncəliyev, həm də Azərbaycanın özünün xüsusilə erməni terrorundan əziyyət çəkdiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olan Tural Gəncəliyev, həm də Milli Məclisdə Xankəndi şəhərindən seçilmiş millət vəkili kimi Azərbaycanın AŞPA və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.

Azvision.az


Teqlər: Tural-Gəncəliyev   İcma  





Xəbər lenti